Təhsildə gender bərabərliyinə dair statistika açıqlandı

media-hightechnic-468x90

2024-cü ildə ölkə üzrə təhsildə gender bərabərlik indeksi 2010-cu illə müqayisədə məktəbəqədər təhsil müəssisələri üzrə 0.846-dan 0.876-ya yüksəlib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin Dayanıqlı İnkişaf Məqsədləri statistik icmalında əks olunub.

Statistikaya görə, ümumi təhsil müəssisələri üzrə bu göstəricilər 0.859-dan 0.880-dək, ali təhsil müəssisləri üçün isə 0.838-dən 1.030-a qədər yüksəlib. Orta ixtisas təhsil müəssisələri üzrə isə göstərici 1.958-dən 1.680-dək enib.

Qeyd edək ki, təhsildə gender bərabərliyi indeksi kişi və qadınların təhsildə iştirak bərabərliyi səciyyələndirən göstəricidir. Bərabərlik indeksi vahiddən nə qədər uzaq qiymət alarsa, cinslər arasındakı bərabərsizlik də bir o qədər böyük olur.

Statistik icmalda həmçinin, 2015-2024-cü illər ərzində İKT-dən istifadə bacarıqlarına malik olan şəxslərin xüsusi çəkisi barədə də məlumat əks olunub. İnformasiya Kommunikasiya Texnologiyalarından istifadə bacarığına malik gənclərin xüsusi çəkisi 85.3-dən 94.1 faizədək, böyüklərin xüsusi çəkisi isə 60.2 faizdən 79.4 faizədək artıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa