Marketdə saxta alkoqollu içkilər aşkarlandı

media-hightechnic-468x90

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonunun İsgəndərli kəndində Mais Təvəkgül oğlu Həşimliyə məxsus marketdə keçirilmiş yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu aşkarlayıblar.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, marketdə “Piterskaya”, “Губернаторская”, “Organic”, “Документ” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa