Türkiyədə İŞİD-in Çeçenistan və Dağıstan rəhbərləri həbs edildi-Video

media-hightechnic-468x90

скачанные файлыTürkiyədə İŞİD terror təşkilatının Çeçenistan və Dağıstan rəhbərləri olduğu iddia olunan şəxslər həbs edilib.

İstanbul şəhərində keçirilən əməliyyat zamanı ümumilikdə 12 nəfər tutulub. Onlardan 2 nəfər polisdə dindirilir, 9 dağıstanlı isə ölkədən çıxarılmaq üçün Xarici Vətəndaşlar Şöbə Müdirliyinə təslim edilib.

Terrorla Mübarizə Şöbə Müdirliyinin əməkdaşları İstanbulun Böyükçəkməcə qəsəbəsində əməliyyat keçirib. Əməliyyat zamanı axtarış aparılan ünvandan İŞİD-in Çeçenistan rəhbəri olduğu iddia olunan Muhammed El Hac tutulub. Evdən 6 lazer məsafə ölçən, 3 durbin və 1 teleskop ələ keçirilib. Çeçenistan vətəndaşı olan Muhammed El Hacın Suriyaya keçərək döyüşlərdə iştirak etdiyi bildirilir. Məhkəmə onun haqqında həbs qərarı çıxarıb.

Başakşehirdə keçirilən əməliyyat zamanı isə İŞİD terror təşkilatının Dağıstan rəhbərləri olduğu iddia olunan Aslan T. və Mahmud Ş.-nin aralarında olduğu 11 dağıstanlı tutulub. Tutulanlardan 9-nun Suriya və İraqda döyüşməyə getmək üçün İstanbula gəldikləri bildirilir. Onların Türkiyədən xaric olunması üçün işlər aparılır. Aslan T. və Mahmud Ş. isə polisdə dindirilir. Onların Rusiya Federasiyasından olan çoxlu sayda insanın İŞİD sıralarına qatılmasında iştirak etdiyi bildirilir(APA TV).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600