Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb.
Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son sutka ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 293 min 252 test götürülüb, 19 min 918 nəfərdə COVID-19 aşkarlanıb.
Nazirliyin yayımladığı rəqəmlərə görə, son sutkada daha 204 nəfər koronavirusdan vəfat edib, 15 min 561 nəfər müalicə olunaraq sağalıb.