Türkiyədə koronavirusla bağlı SON GÖSTƏRİCİLƏR

media-hightechnic-468x90

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 83 nəfər ölüb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 145 241 şübhəli koronavirus testindən keçib, onlardan 2436-nın cavabı pozitiv çıxıb, 1941 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 2654 nəfər olub.

Türkiyədə ümumilikdə 389 256 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 722 nəfər ölüb.

Nazir vurğulayıb ki, ağır xəstə sayının artması ölüm riskinin yüksəlməsinə səbəb olur: “Səhiyyə sahəsində çətinliklərlə üzləşməmək üçün tibb işçilərinə fürsət verməliyik. Bu da ancaq birlikdə tədbirlərə əməl etməklə mümkündür: maska, məsafə, təmizlik”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05