Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə “Qarabağ həftəsi” keçiriləcək - Sabir Rüstəmxanlı İstanbula gedir

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı Türkiyənin Xalq Diplomatiyası və İqtisadi Əməkdaşlıq Təşkilatının təşkil etdiyi “Qarabağ həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün iyunun 25-də İstanbula səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, millət vəkili Türkiyədə Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsinə həsr olunan tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində deputat Sabir Rüstəmxanlıya türk dünyası qarşısındakı xidmətlərinə görə mükafatın təqdim olunması nəzərdə tutulub.

Səfər iyulun 5-də başa çatacaq.

www.yenicag.az

182
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100