Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə qətlə yetirilən Etimad İsmayılovla vida mərasimindən VİDEOREPORTAJ

Sentyabrın 19-da İstanbulda qətlə yetirilən iş adamı Etimad İsmayılovla bu gün vida mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, sabiq deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılovun Nardarandakı bağ evində keçirilən vida mərasimində Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri, şair-yazar İrfan Çiftçi, millət vəkili Fazil Qəzənfəroğlu, Vahid Mustafayev, tanınmış şair Ramiz Rövşən, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, mərhumun ailə üzvləri, yaxınları və digər şəxslər iştirak edib.

Onlar mərhumun atası İlyas İsmayılova, mərhumun həyat yoldaşı, tanınmış jurnalist Sevil Nuriyevaya və ailə üzvlərinə başsağlığı veriblər.

E.İsmayılovun nəşi Nardaran qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Etimad İsmayılov sentyabrın 19-da İstanbulda güllələnərək qətlə yetirilib.

Cəvahir
Həşim

www.yenicag.az

4815
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100