Türkiyədə silah anbarında partlayış - 7 şəhid, 25 yaralı - YENİLƏNDİ

media-hightechnic-468x90

Silah anbarında baş verən partlayış nəticəsində şəhid olan əsgərlərin sayı artıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Partlayış nəticəsində şəhid olan əsgərlərin sayı 7-yə çatıb, 25 hərbçi yaralanıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır. Onlar təcili tibbi yardım təyyarəsi ilə Ankaraya gətirilir və müalicələri paytaxtdakı xəstəxanada davam etdiriləcək”.

***

14:00

Türkiyənin Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində 4 əsgər şəhid olub.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Silah anbarında baş verən partlayış nəticəsində 4 övladımız şəhid oldu, 20-ə yaxın yaralımız var. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik”, – Prezident deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600