Türkiyədə terror təhlükəsi – 2 İŞİD-çi axtarılır

1203473_620x410Türkiyənin kəşfiyyat xidmətləri terror aktı törətmək üçün qeyri-qanuni yollarla ölkəyə daxil olan İŞİD qruplaşmasının iki üzvünü axtarır.

Hər iki terrorçu 81 vilayətdə axtarışa verilib və onların fotoları bütün hüquq-mühafizə orqanlarına göndərilib.

S.A. və M.A.C. adlı 2 terrorçunun Kahramanmaraşda yaşayan Suriya vətəndaşı İ.H. ilə görüşəcəyi barədə məlumutlar da yayılıb. Hazırda həmin şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.