Türkiyədə uçuşlar bərpa edilir

media-hightechnic-468x90

Türkiyədə iyunun 1-dən bir sıra daxili uçuşlar bərpa edilir.

Yenicag.az xəbər verir ki, bunu ölkənin nəqliyyət və infrastruktur naziri Adil Karaismayıloğlu deyib.

Onun sözlərinə görə, ilk uçuşlar İstanbuldan Ankaraya, İzmirə, Antalyaya və Trabzona həyata keçiriləcək. Digər hava limanlarından uçuşlar mərhələli şəkildə bərpa ediləcək: “İlk uçuş yerli vaxtla saat 10:00-da İstanbuldan Ankaraya həyata keçiriləcək”.

Nazir vurğulayıb ki, bütün hava limanlarında koronavirus infeksiyasına qarşı zəruri tədbirlər görülüb, müvafiq sertifikatlar verilib.

A.Karaismayıloğlu əhalini hava nəqliyyatından istifadə etməkdən qorxmamağa çağırıb./Trend/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600