Türkiyədə yas mərasimində 43 nəfər zəhərləndi

media-hightechnic-468x90
Ötən gün Türkiyənin Kastamonu vilayətinin Doğanyurt rayonunun Haskavak kəndində keçirilən dini mərasimdə təqdim edilən toyuq plovu və ayranı yeyən sakinlər qısa müddət sonra ürəkbulanma və qusma şikayəti ilə həkimə müraciət ediblər.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 43 nəfər qida zəhərlənməsi şübhəsi ilə Doğanyurt Dövlət Xəstəxanasına, İnebolu Dövlət Xəstəxanasına və Kastamonu Təlim və Araşdırma Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, ambulator müalicə alan 33 sakinin lazımi tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Kastamonu Valiliyi hadisə ilə bağlı araşdırma başlatdığını açıqlayıb./azxebercom/
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa