!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyədə yeni “Fənərbaxça” DÖNƏMİ: Mourinyoya mane olacaq yeganə qüvvə

!Reklam – Yazi

“Mourinyo Səudiyyə Ərəbistanında İstanbulda qazanacağının az qala 3 dəfə artığını ala bilərdi. Lakin o yenə də Avropada oynayacaq klubu seçdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyənin “Fənərbaxça” klubunun Joze Mourinyonu gətirməsinin komandaya mümkün müsbət təsirləri haqda danışan idman jurnalisti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, Joze Mourinyonun “Fənərbaxça”ya gəlişi böyük hadisədir.

“Joze Mourinyo dünya səviyyəli mütəxəssisdir. Onun Türkiyəyə gəlişi böyük hadisədir. Belə şanslar çox az hallarda ələ düşür. Bilirik ki, ona Səudiyyə Ərəbistanından ciddi təkliflər var idi. Mourinyo Səudiyyə Ərəbistanında İstanbulda qazanacağının az qala 3 dəfə artığını ala bilərdi. Lakin o yenə də Avropada oynayacaq klubu seçdi. Çünki elit səviyyədə qalmaq istəyir, uğura “ac”dır. Bu da “Fənərbaxça”nın işinə yarayacaq”, – deyə o qeyd edib.

K.Məstəliyev bildirib ki, Mourinyo Türkiyəyə işləməyə gəlib, bu da rəqiblərə bir mesajdır:

“Ötən mövsüm son tura qədər çempionluq mübarizəsində olan “Fənərbaxça”, bu il də eyni relsdə olacaq. Düşünürəm ki, “sarı-lacivərdlilər”in qalib olma ehtimalı böyükdür. Jozenin əlinin altındakı heyət də pis deyil, rəqabətə davamlıdır, üstəlik, rəhbərlik yeni transferlərin olacağını da deyib. Belədə qızıl medallar qazanılarsa, bunu təəccüblə qarşılamayacağıq”.

Mütəxəssis qeyd edib ki, Jozeyə mane olacaq yeganə qüvvə Türkiyə futbolunun mentalitetidir.

“Lakin komandaya Mourinyo kimi mütəxəssis gətirilibsə, ondan yalnız daxildə yox, avrokuboklarda da uğur tələb edilməlidir. “Fənərbaxça” bu il Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Səs-küylü qələbələr əldə etsə, yaxud Avroliqada final oynasa, şəxsən mənim üçün bu da sensasiya olmayacaq. Jozeyə mane olacaq yeganə qüvvə Türkiyə futbolunun mentalitetidir. Qardaş ölkənin futbolunda futbola ondan kənar hər şey təsir edə bilər. Biabırçı hakim qərarları, yersiz gərginlik və digər təzyiq formaları, süni ajiotaj… Bütün bunlar öz təsirini mütləq göstərəcək. Joze hər şeyə hazır olmalıdır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv