Türkiyədəki hərbi helikopter qəzasının ilkin SƏBƏBİ açıqlandı 

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Bitlis əyalətinin Tatvan rayonunda hərbi helikopterin qəzaya uğrayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar qəzaya hava şəraitinin səbəb olduğunun ehtimal edildiyini bildirib.

O, qeyd edib ki, ilkin məlumatlara və şahidlərin ifadələrinə əsasən qəzanın sürətlə dəyişən hava şəraiti səbəbindən baş verdiyi güman olunur.

Bununla belə, hadisənin dəqiq səbəbi ətraflı araşdırma nəticəsində müəyyən ediləcək. Qəza ilə bağlı araşdırmalar bu gün başlayacaq.

Hulusi Akar qəzada həlak olanlara rəhmət, ailələrinə səbir diləyib, yaralıların tezliklə sağalmalarını arzulayıb.

Qeyd edək ki, həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05