Türkiyədəki seçkilərlə əlaqədar xarici nümayəndəliklərdə səsvermə bu gün başa çatır

media-hightechnic-468x90

Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar xaricdə səs verən seçicilərin sayı 1 milyon 751 min 365 nəfər olub.

Yenicag.az TRT Haber-ə istinadən xəbər verir ki, xarici nümayəndəliklərdə səsvermə prosedurları bu gün başa çatır. Gömrükdə isə 14 may saat 17.00-a qədər davam edəcək.

Ali Seçki Qurumundan (YSK) əldə edilən məlumata görə, bu il xaricdə 3 milyon 416 min 98 türk seçicinin qeydiyyatda olduğu 73 ölkədə seçki qutuları qurulub. Aprelin 27-də başlayan səsvermə prosesi 67 ölkədə yekunlaşıb.

Səslər YSK-nın müəyyən etdiyi üsullarla təhlükəsizlik vəziyyətdə diplomatik kuryerlər vasitəsilə Türkiyəyə aparılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600