!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən Tənzilə Rüstəmxanlıya təbrik ziyarəti: Ərdoğanın müavini ilə görüş keçirildi – FOTO

!Reklam – Yazi

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı qardaş Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədrinin müavini və millət vəkili Mustafa Şənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Türkiyə Evində baş tutan görüşdə AK Partiya sədrinin müavini və millət vəkili Mustafa Şən, partiyanın Balıkesir şəhər təşkilatının sədri Mehmet Aydəmir, Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat və digər qonaqlar iştirak ediblər.

Qonaqları salamlayan Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı qardaş ölkənin siyasi təşkilatları və vətəndaş cəmiyyəti arasında müştərək layihələrin reallaşdırılması, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, həmçinin türk dövlətlərinin vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığının gücləndirilməsi ətrafında çıxış edib. Eyni zamanda, ATEV və TÜİB-in təşkilatçılığı ilə iki qardaş ölkənin ortaq dəyəri olan şəhid ailələri ilə bağlı birgə layihələrin keçirilməsi müzakirə olunub.

Səmimi görüşə görə təşəkkür edən Mustafa Şən öncə Tənzilə Rüstəmxanlını VII çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilməsi münasibətilə təbrik edib, millət vəkili kimi mühüm vəzifəni uğurla yerinə yetirməkdə müvəffəqiyyətlər arzu edib.

Mustafa Şən qeyd edib ki, bizim hər bir addımımız xalqımızın ortaq tarixi və mədəni bağlarına hörmətin təzahürüdür və şəhid ailələrinə dəstək göstərmək hər birimizin borcudur.

Çıxış edən TÜİB sədri Hüseyn Büyükfırat qeyd edib ki, bu cür işgüzar görüşlərin Türkiyə və Azərbaycan arasında yalnız siyasi əlaqələrin deyil, eyni zamanda, mədəni və sosial sahələrdə də əməkdaşlığın inkişafına böyük töhfə verir, iki ölkənin ortaq hədəfləri istiqamətində sıx əməkdaşlıq etməsinə şərait yaradır.

Görüşün sonunda qonaqlara Azərbaycan-Türkiyə qardaşlığını özündə əks etdirən hədiyyələr təqdim olunub, xatirə şəkili çəkilib.

COP29

www.yenicag.az

97
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv