Türkiyədən Ukraynaya qadağa

media-hightechnic-468x90

960Türkiyə sıxılmış təbii qaz daşıyan tankerlərin Bosfor boğazından keçməsinə icazə verməyib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Türkiyənin Ukraynadakı səfiri Yonet Can Tezəl açıqqlama verib.

O, sıxılmış yanacağı Ukraynaya aparmalı olan tankerlərin boğazdan buraxılmamasının səbəbini belə izah edib.

“Tankerlərin keçidinə icazə verilsə, dəniz daşımaçılığı sahəsindəki təhlükəsizlik qaydalarının tələbləri pozulur. Belə ki, təhlükəli yüklə dolu tankerlərin boğazdan keçməsi İstanbul və sakinlər üçün böyük təhlükədir. Qadağanın siyasi durumla bağlı heç bir bağlılığı yoxdur”, – deyə səfir bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiyevdə səfərdədir. O, ukraynalı həmkarı Pyotr Poroşenko və baş nazir Arseni Yatsenyukla görüşüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600