“Ümid edilir ki, qısa zamanda sülh müqaviləsi imzalansın. Bundan sonra tərəflər arasında normal proseslər başlaya bilər. İqtisadi, siyasi, diplomatik münasibətlərin quruma ehtimalı da var. 35 ildir davam edən münaqişə hər iki tərəfə misilsiz sayda müsibətlər, itgilər gətirib. Xalqların da istəyi odur ki, nəhayət bu qaranlıq dövr arxada qalsın” –deyə o qeyd edib.Politoloq hesab edir ki, sülh prosesində digər tərəflər kimi ABŞ və Türkiyə fərqli razılaşmanın olmasında maraqlıdır:
“ABŞ-ın sülh prosesindən gözləntiləri başqadır. Onlar bəzən Türkiyənin mövqeyinə uyğunlaşır. Bir çox hallarda isə bir-birinə əks olur. ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə səfəri zamanı Xarici işlər naziri Hakan Fidanla məhz bu məsələni müzakirə edib”.
Zərdüşt Əlizadə Zəngəzur dəhlizi ilə bağlı Türkiyə tərəfindən verilən açıqlamanın müsbət siqnal olduğunu söyləyib:
“Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin 2028-ci ildə həyata keçirilə biləcəyini açıqlamaqla əslində məsələnin mahiyyətini ifadə edib. Azərbaycanla Ermənistan da maraqlıdır ki, Zəngəzur dəhlizi açılsın. Erməni tərəfi buna yol anlayışı kontekstində baxır və daha çox Meğri yolu kimi adlandırır. Amma mahiyyət dəyişmir. Buradan avtomobil və dəmir yolu çəkiləcək ki, bu da dəhliz anlayışına daha uyğundur. Bunun əksinə olacaq addımlar Ermənistana ziyandır. Çünki Azərbaycan hazırda İran ərazisindən keçməklə Araz çayının sağ sahili ilə yol çəkir. Gələcəkdə burada digər keçidlər də olacaq. Ona görə də, Ermənistan buna qarşı çıxmaqla növbəti dəfə prosesdən kənarda qalacaq”.
www.yenicag.az