!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli geoloq maraqlı açıqlama verdi: “Ola bilsin ki, həmin səhər üç zəlzələ olub” - FOTO

!Reklam – Yazi

Türkiyənin müxtəlif universitetlərindən olan zəlzələ üzrə 13 alim təbii fəlakət zonasına gedərək qırılma xətlərini tədqiq edir. Geoloqlar dörd qrupa bölünərək zəlzələ ilə bağlı hesabat hazırlamaq üçün araşdırmalarını davam etdirirlər.

Yenicag.az xəbər verir ki, İstanbul Texniki Universitetinin geologiya mühəndisliyi üzrə professoru Hüsnü Serdar Akyüz çox uzun bir qırılma xəttini müşahidə etdiklərini bildirib. O, səhər saatlarında üç zəlzələnin olduğu ehtimalını da dilə gətirib.

“Böyük ehtimalla, 1,5 dəqiqə ərzində ard-arda iki zəlzələ olub. Hətta, bəlkə, o səhər üç zəlzələ olub. Çünki qırılan seqmentlərə baxdıqda, həqiqətən, çox uzun bir qırılma xəttində parçalanma görürük. Günorta saatlarında olan zəlzələdə isə Çardak seqmenti parçalanıb. Bu, əlbəttə ki, səhər baş verən zəlzələnin təsiridir.

Orada işlərimiz tam olaraq yekunlaşmayıb, amma təxmin edirik ki, 50 kilometrdən çox, bəlkə də, 70 kilometrlik qırılma xətti parçalanıb. Bir az gözləmək lazımdır. İşlərin nəticələrini gözdən keçirək, görək o enerji qırılma xətlərinə nə dərəcədə təsir edib. Çoxmu, azmı? Bir az gözləmək və insanları təşvişə salmamaq üçün diqqətlə danışmaq lazımdır”, – deyə o qeyd edib. /oxu.az/

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv