!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli məşhur jurnalist: “İki qardaşın arasına nifaq toxumu əkmək istəyirlər” – VİDEO

!Reklam – Yazi

Türkiyənin məşhur jurnalisti, 24 TV-nin Ankara təmsilçisi Melik Yiğitel Türkiyədə SOCAR-ın ofisi önündə baş verən hadisələrdən söz açıb.

Yenicag.az xəbər verir ki, “Haber Global” telekanalında jurnalist həmkarı Güngör Yavuzaslanın qonağı olan M. Yiğitel baş verənlərlə bağlı deyib ki, burada 2 məqsəd özünü büruzə verir:

“Bunlardan biri Türkiyə ilə Azərbaycanın arasını vurmaqdır. Özəlliklə də, Fələstin məsələsinə həssas olan insanlar Azərbaycana qarşı etiraz etsinlər deyə, iki qardaşın arasına nifaq toxumu əkirlər.

İkinci əsas məsələ isə budur ki, bu gün SOCAR bir dünya markasıdır. Eləcə də Azərbaycanda və dünyada tanınılan bir markadır. Yəni bu həm də SOCAR-ın brendini kirlətmək üçün ortaya atılan bir addımdır. Ona görə ki, bu insanlar təsiredici qüvvələrdir”.

Xatırladaq ki, mayın 31-i bir qrup şəxs şirkətin İstanbuldakı ofisinə hücum edib. Həmin şəxslər SOCAR-ın İsrail ilə neft üzrə ticarət əlaqəsi olmasına dair iddia və ittihamlar səsləndiriblər. “SOCAR Türkiyə” isə daha sonra məsələ ilə bağlı açıqlama yayıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv