!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli nazir: “Niderland hakimiyyəti çox kobud davrandı”

!Reklam – Yazi

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Niderland hakimiyyətinin ona və nümayəndə heyətinin üzvlərinə qarşı çox kobud davrandığını bildirib.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, bu gün İstanbula dönən Kaya bildirib ki, dünən onun beş mühafizəçisi, o cümlədən Türkiyənin səfir statusunda olan Niderlanddakı müvəqqəti işlər vəkili müvəqqəti saxlanılıb.

Niderland polisi onları avtomobildən çıxarıb, başqa bir avtomobilə Almaniya sərhədindəki polis mərkəzinə gətirib: “Biz çox çox kobud və sərt münasibətlə üzləşdik. Mən nazir kimi diplomatik pasporta malikəm, Türkiyə vətəndaşları ilə Türkiyənin bu ölkədəki konsulluğunda, Türkiyə ərazisi sayılan bir yerdə görüşməyi planlaşdırırdım. Beynəlxalq hüquqa əsasən bu görüş üçün hər hansı icazə almaq tələb edilmir. Beynəlxalq ictimaiyyəti Niderland hakimiyyətinin bu qanunsuz və qeyri-insani hərəkətini qınamağa çağırıram”.

Qeyd edək ki, dünən Niderland hakimiyyəti Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməyib, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı Türkiyənin Rotterdamdakı konsulluğuna buraxmayaraq ölkədən çıxarıb.

Yeniçağ.Az

COP29

www.yenicag.az

700
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv