!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəni əngəlləyən Rusiya və PKK TƏXRİBATI: “İsveçdən 40-50 milyard dolların ölkəyə daxil olması...” – MÖVQE

!Reklam – Yazi

“Diqqət edin, İsveçin tək “Swedbank”ının aktivlləri Türkiyənin bütün banklarının aktivlərindən daha çoxdur”.

Bu fikirləri Rusiya, yaxud terrorçu PKK-nın təxribatı ilə Quranın yandırılması aksiyasının Türkiyənin İsveçin NATO-ya üzvlüyünə maneə yaratmasına əsas verməməli olduğunu vurğulayan sabiq maliyyə naziri, professor Saleh Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Keçmiş nazirin sözlərinə görə, böyük iqtisadiyyata malik ölkə olan İsveçin bank aktivlərinin həcmi bir trilyon dollardan çoxdur və münasibətlərin normallaşacağı təqdirdə, Türkiyə bu imkanlardan ciddi şəkildə yararlana bilər:

“Hazırda Türkiyə iqtisadiyyatındakı problemlər özünü ən qabarıq formada göstərdiyi üçün bu, qardaş ölkə üçün həqiqətən də, son dərəcə vacib məsələdir. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, Türkiyədə müşahidə olunan iqtisadi problemlər də mahiyyət etibarilə, siyasi xarakterlidir. Prezident Rəcəb Tayyib Ərdoğanın və AK Partiya hökumətinin yürütdüyü inadkar iqtisadi siyasətin nəticəsi olaraq, əcnəbi investorların ayağı Türkiyədən kəsildi, yerli kapital sahibləri isə ölkəni tərk edərək pullarını xaricə çıxardılar. Nədənsə, Türkiyə hakimiyyətində belə bir inam yranıb ki, xarici kapıtalın gəlişinə imkan verilsə, ölkə onlarsan asılı vəziyyətə düşəcək. Amma reallıq budur ki, dünyanın inkişaf etmiş otuz səkkiz ölkəsi, həmçinin inkişaf etməkdə olan bəzi dövlətlər xarici kapitalın və borcların sayəsində ayağa qalxa bilib. Ümumiyyətlə, inkiaşf etmiş bütün ölkələrdə xarici sərmayələr və borcların həcmi Ümumi Daxili Məhsuldan bir neçə dəfə çoxdur. Geridə qalmış ölkələrdə isə xarici borc göstəricisi demək olar ki, sıfır səviyyəsindədir. Təəssüf ki, indi Türkiyəyə kapital girişi kapital çıxışından qat-qat az olduğuna görə çox ciddi pul qıtlığı yaranıb, o pul qıtlığı lirənin emissiyasının artırılması hesabına doldurulur, nəticədə inflyasiya sürətlə artmaqda və xüsusilə, xarici valyuta böhranı dərinləşməkdədir. Hətta deyə bilərik ki, Türkiyədə yaranan kəskin pul qıtlığı artıq ölkənin milli təhlükəsizliyini təhdid edəcək şəkil alıb. Son seçkilərdən sonra bazar hökumətin atdığı bütün addımlara əks reaksiya verməkdədir. O baxımdan, bu neqativ tendensiyanın qarşısını ləngimədən almaq və pozitiv proseslərin yolunu acaçaq addımların atılması qaçılmaz zərurətə çevrilib. Beş il əvvəl 1 dollar 4,5 lirə olduğu halda, indi 26,07 lirədir.

Qrafik 1. Dollar-TL kursu son 5 ildə. Mənbə: https://www.dunya.com/?ysclid=likg5e8l6c992602645

Bildiyiniz kimi, NATO üzvləri yüksək səviyyədə inkişaf inkişaf etmiş nəhəng iqtisadiyyata və kapitala malik olan ölkələrdir. Onların sırasına bloka yeni üzv olmuş Finlandiya ilə buna can atan İsveçi də daxil etmək olar. Finlandiya və İsveçdə əhalinin sayı Türkiyədən dəfələrlə az olsa da, iqtisadi inkişafa görə ondan xeyli irəlidədirlər. ABŞ və NATO-nun Avropadakı aparıcı ölkələri Türkiyənin İsveçin bloka üzvlüyünə maneə yaratmaycağı təqdirdə, Ankaraya iqtisadi dəstək vədləri var. Ancaq bir neçə gün əvvəl İsveçdə Quranın yandırılmasından sonra Türkiyənin bu ölkənin NATO-ya üzvlüyü ilə bağlı mövqeyini yenidən son dərəcə sərtləşdirib. Açıq görünən isə budur ki, həmin yaramaz hərəkəti törədənlərin arxasında Rusiya, yaxud da terrorçu PKK dayanır. Dünyanın aparıcı kəşfiyyat xidmətlərinin hesabatları da bunu təsdiqləyir.

Rusiya da, PKK da yaxşı bilir ki, Türkiyə Quranın yandırılmasına görə emosional davranaraq İsveçin NATO-ya üzvlüyünə imkan verməyəcək. Lakin dünyanın heç bir başqa dövləti öz siyasətini bu və ya başqa bir dini kitabın yandırılması üzərində qurmur. İsrail kimi ölkə belə “Tövrat”ın yandırılmasına görə dövlət səviyyəsində hansısa addım atmağı ağlından keçirmir. İndi Rusiya və ya PKK hüquq dövləti olan İsveçdə cəzalandırılmayacağını bildiyi üçün Türkiyəni qıcıqlandırmaq məqsədilə bu provakasiyaya əl atıb. Türkiyə də İsveçin NATO-ya üzvlüyünə bu prizmadan yanaşmaqla, ölkənin iqtisadi problemlərinin həllinə aparacaq yolları öz əli bağlayır. İsveç çox böyük iqtisadiyyata malik ölkədir və onun bank aktivlərinin həcmi bir trilyon dollardan çoxdur. Təsəvvür edin ki, bunun təqribən yarısı sərbəst vəsaitdir və İsveç şirkətləri həmin pulları hara istəsə, yatıra bilər. Yəni Türkiyə İsveçlə münasibətləri normallaşdırsa, o pulların çox böyük hissəsi qardaş ölkəyə yönləndirilə bilər. Bu isə sabitləşməsi üçün iyirmi-iyirmi beş milyard dollar tələb olunan Türkiyə bazarı üçün çox böyük dəstək olar. Bayaq da dedim, İsveç bir yana, Ankara ABŞ və Avropa İttifaqı ilə də münasibətləri nizamlaya bilsə, o ölkələrin hamısı Türkiyəyə kapital axınını təmin edəcəklər. Baxın, Çin kimi ölkənin inkişanda da əsas amil məhz xarici kapital həlledici rol oynadı.

Türkiyədə, elə Azərbaycanda da elə vəziyyət yaranıb ki, pulu ölkədən kənara çıxarırıq və nəticədə ciddi pul qıtlığı yaranır. Türkiyənin bank aktivlərinin həcmi İsveçlə müqayisədə təqribən iki dəfə azdır. Başqa bir müqayisə üçün deyim ki, İsveçin dünyanın yüz top bankı sırasında yer alan bir neçə bankı olsa da, Türkiyənin bu statusda heç bir bankı yoxdur. Türkiyədə sadəcə, “Halk Bank” son dövrlərdə dövlətin dəstəyi ilə o standarta yaxınlaşmaqdadır. Diqqət edin, İsveçin tək “Swedbank”ının aktivllərin Türkiyənin bütün banklarının aktivlərindən daha çoxdur. O bankın Türkiyəya daxil olması ölkəyə azı qırx-əlli milyard dollar kapitalın daxil olması deməkdir. Hesab edirəm ki, Türkiyə hakimiyyəti ölkə iqtisadiyyatında dərinləşən böhranın qarşısını almaq və neqativ gedişatı əksinə çevirmək üçün bütün bu amilləri nəzərə almalıdır”.

A.Zeynalov

www.yenicag.az

1622
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv