"Vurulub qaçan avtomobillərə görə sığorta ödənişi necə alınır? - Ekspertdən AÇIQLAMA

media-hightechnic-468x90

Sosial şəbəkə hesabında vətəndaş başına gələn hadisəni bölüşüb və kömək istəyib. Qeyd edib ki, maşın park halında olduğu zaman vurub qaçıblar:

“102-yə şikayət etdikdən sonra polis mənə bildirdi ki, dəyən zərəri sığorta qarşılamalıdır. Mənim yalnız icbari sığortam olduğu üçün sığorta şirkəti ödəniş etmir. Bildirir ki, avtomobil hərəkət anında olmadığına görə zərəri qarşılamır”.

Yenicag.az olaraq məsələnin necə həll olunması ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərova müraciət etdik.

media-msh-2

Ekspert cavabında bildirdi ki, maşın istər park halında, istərsə də hərəkət olsun fərqi yoxdur, əgər başqa avtomobil tərəfindən maşına zərər dəyibsə, icbari sığorta ödəniş etməlidir:

“İlk növbədə tövsiyə edirəm ki, vətəndaş İcbari Sığorta Bürosuna və Mərkəzi Banka hadisə ilə bağlı şikayət etsin. Başlıca atılmalı olan addımlardan biri isə dəymiş zərərin qiymətləndirilməsidir. Hansı avtomobil tərəfindən zərər dəyibsə, fiks olunmalı, foto-video çəkilişlər aparılmalıdır. Həmçinin şahid varsa telefon nömrəsi götürülməlidir. Bunlar hamısı dəyən zərərin düzgün hesablanması və qarşılanması prosesi zamanı lazım olacaq. Əgər zərər verən tərəf hadisə yerindən qaçıbsa, polisə müraciət olunmalı, axtarış verilməsi üçün müvafiq sübutlar təqdim edilməlidir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05