Türkiyənin 7-ci prezidenti dünyasını dəyişdi
Türkiyənin 7-ci prezidenti Kənan Evrən dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, Ankara Gülhanə Hərbi Tibb Akademiyasında müalicə alan 98 yaşlı Kənan Evrənin ailəsi, dostları xəstəxanaya çağırılıb.
Tənəffüs cihazına bağlı olaraq yaşayan 7-ci prezident, Türkiyənin hərbi çevrilişlə hakimiyyətə gəlmiş 17-ci Baş Qərargah rəisi vəfat edib.