!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin ABŞ-dakı səfirliyindən Gülənlə bağlı xəbərlərə təkzib

!Reklam – Yazi

Türkiyənin Vaşinqtondakı səfirliyi terrorçu Fətullah Gülənin ABŞ-dan oğurluğu və Türkiyəyə göndərilməsi cəhdi haqqında iddiaları təkzib edib.

Yenicag.az xəbər verir ki, Türkiyənin ABŞ-dakı diplomatik missiyasının bəyanatında vurğulanır ki, Ankara 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhdi planlaşdırmış cinayətkar Gülənin ekstradisiyasına hüquqi yolla nail olmaq niyyətindədir:

“Cinayətkar qrupun üzvləri tərəfindən edilmiş bütün cinayətlərin arxasında Gülən dayanır, türk xalqı son dərəcə narahatdır və o faktdan təəccüblənib ki, belə şəxs hələ də ABŞ-da sığınacağı tapır”.

Türkiyə Gülənin və onun tərəfdarlarının cinayətkar mahiyyətini və Amerika-Türkiyə razılaşmalarını nəzərə alaraq, terror təşkilatının başçısının ekstradisiyasını tələb edilməsini izah etmək üçün ABŞ-ın vəzifəli şəxsləriylə aktiv əlaqələri davam etdirir.

COP29

www.yenicag.az

2063
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv