Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Türkiyənin baş naziri reklama çəkildi - VİDEO

Son günlərdə “TRT1” və “TRT Haber” telekanallarında yayımlanan bir reklam izləyicilərin böyük marağına səbəb olub.

Yenicag.az xəbər verir ki, reklamı Türkiyənin baş naziri Binali Yıldırım səsləndirir. Tanıtım çarxında 90-cı illərin məşhur avtobus markası “302” görünür. Videonun sonunda “Könül Dağı baş nazir özəl, çərşənbə 19:50” yazısı ekrana gəlir. Binali Yıldırım reklamda bu sözləri deyir:

“Mən Ərzincan Rəfahiyənin Qayı kəndindən Topal Dursunun oğlu… Atamla bərabər başladıq bu işə. 1978-ci ildə bir avtobus aldıq. 1984-cü ilə qədər bu işlə məşğul olduq. Bu iş vasitəsilə Türkiyənin hər tərəfinə insanlar daşıdıq”.

Beləliklə, Türkiyə baş nazirinin ilk işi məlum olur. Daha əvvəl onun peşəsinin gəmi mühəndisliyi olduğu barədə məlumatlar var idi, lakin ilk dəfə bu reklam çarxı ilə onun birinci məşğuliyyəti məlum olur. Baş nazir Ərzincan haqqında isə bunları deyir:

Bu bizim məmləkətin türküsüdür. Türkülərimiz çox yanıqlıdır. Çünki, Ərzincan zəlzələlərdən çox əziyyət çəkib. Buna görə də, bütün türkülər ümidsizlik üstündə qurulub”.

Qeyd edək ki, “TRT Haber”də hollandalı aparıcı Vilko Van Herpen “Könül dağı” adlı verilişlə hər həftə müxtəlif insanların həyat hekayələri barədə qısa məlumatlar verilir. Baş nazirə həsr edilmiş bölümdə isə, Binali Yıldırımın həyatı haqqında heç kimin bilmədikləri nümayiş olunacaq.

www.yenicag.az

2359
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM