!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin birinci xanımı təcili Banqladeşə getdi  

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Banqladeşə gedib.

Yenicag.az xəbər verir ki, səfərin məqsədi Myanmanın müsəlmanlar yaşayan Arakan bölgəsindəki insanlıq dramına diqqət çəkmək, yaşanan hadisələr nəticəsində Banqladeşə sığınmaq məcburiyyətində qalan insanlara yardım üçün Türkiyənin əlindən gələni edəcəyini göstərməkdir.

Səfər zamanı Əminə Ərdoğanı oğlu Bilal Ərdoğanla yanaşı ailə və sosial siyasətlər naziri Fatma Betül Sayan Kaya, Ədalət və İnkişaf Partiyasının (AKP) insan hüquqları üzrə sədr köməkçisi və İstanbuldan seçilən millət vəkili Ravza Kavakcı Kan və digər heyət üzvləri müşayiət edir.
Əminə Ərdoğan heyətlə birlikdə arakanlı müsəlmanların Banqladeşdə sığındıqları kamplara baş çəkərək, yaşanan hadisələr haqqında zərərçəkmişlərdən məlumat alacaq, Türkiyənin təşkil edəcəyi humanitar yardım körpüsü üçün ilkin hazırlıqları tamamlayacaqlar.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu da arakanlı müsəlmanlara baş çəkmək üçün Banqladeşə gedib.

www.yenicag.az

1105
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv