Türkiyənin LGBT qadağası Azərbaycanda tətbiq oluna bilərmi? - AÇIQLAMA

media-hightechnic-468x90

 

media-banner_tuq

Türkiyədə LGBT təbliğatının qadağan edilməsi və həbs sanksiyalarının tətbiqi məsələsi ölkəmizdə də geniş müzakirələrə yol açıb.

Sosioloq Elçin Bayramlı məsələ ilə bağlı Yenicag.az-a verdiyi açıqlamada, bu cür fəaliyyətlərin Azərbaycanın milli-mənəvi genofondu üçün ciddi təhlükə yaratdığını vurğulayıb:

“Bu proses artıq elə bir həddə çatıb ki, cəmiyyətlər üçün sosial, mənəvi-əxlaqi və psixoloji fəsadlar törədir, yeni nəsil üçün ciddi təhlükə yaradır. Ona görə də, LGBT-nin fəaliyyəti və təşkilatlanması Azərbaycanda da qadağan olunmalıdır. Xüsusilə təbliğat məsələsinə ciddi nəzarət edilməlidir. İstər mediada, istərsə də sosial şəbəkələrdə bu cür təbliğat tamamilə aradan qaldırılmalı və sərt cəzalar tətbiq olunmalıdır. Yeniyetmə və uşaqların psixologiyasını zəhərləyən bu amillər gələcəkdə qarşısıalınmaz fəsadlara yol açır.”

E. Bayramlı vurğulayıb ki, insanlardakı hormonal dəyişikliklərə bəzən qidalar da rəvac verir:

“Dünya təcrübəsi göstərir ki, bəzi hormonal tərkibli qidalar orqanizmdə balansın pozulmasına və belə acı nəticələrə səbəb olur. Bundan əlavə, anadangəlmə fizioloji problemi olan şəxslərin müalicəsinə dövlət tərəfindən yardım edilməlidir. Əgər problem psixolojidirsə, həmin şəxslər psixoloji seanslar almalıdır. Bu insanların hüquqları sağlam və normal vəziyyətdə təmin edilməlidir. Hər bir halda qeyri-ənənəvi və qeyri-əxlaqi meyillərin təbliğatı dayandırılmalıdır. Azərbaycanda bu qadağaların tətbiqi şərtdir. Bununla paralel olaraq biz gənclərimizə milli-mənəvi dəyərlərimizi, Azərbaycançılıq və dövlətçilik ideologiyasını aşılamalı, onlarla ciddi iş aparmalıyıq.”

Sosioloqun fikrincə, ölkəmizdə bu istiqamətdə müəyyən addımlar atılsa da, hələ ki, yetərli deyil:

“Son illərdə Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi üçün dövlət səviyyəsində işlər görülür, təbliğatlar aparılır. Lakin bu sahədə yeni və daha əhatəli layihələrə ehtiyac var. Mütləq şəkildə müvafiq və kəsərli tədbirlər görülməlidir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05