Türkiyənin məşhur caz qrupu Bakıya gəlir

media-hightechnic-468x90

загруженное (26)Türkiyənin məşhur caz qrupu “Bora Çeliker Trio” gələn ay Bakıya gələcək.

Qrup 10-17 oktyabr tarixləri arasında Bakıda keçiriləcək “Türkiyə Caz Festivalı”nın ilk günündə çıxış edəcək.

Qrup rəhbəri Bora Çeliker Azərbaycanda keçiriləcək bu möhtəşəm festivalda iştirak etməsindən məmnun olduğunu qeyd edib.

Bildirək ki, “Bora Çeliker Trio”nu dinləmək istəyən azərbaycanlı musiqisevərlər 10 oktyabr saat: 21:30-da “Park Bulvar”a gedə bilərlər. Qeyd edək ki, konsertə giriş pulsuz olacaq.

Bora Çeliker gitara çalmağa 1988-ci ildə başlayıb. Universitet illərini Ankarada “The Crawling Snakes”, “The Jukes (1996)” və “The King Bees (1997)” adlı qrupların rəhbəri olub. Bora Çeliker Türkiyədə keçirilən bir çox caz festivallarında iştirak edib. 1999-cu ildə qurduğu “Janusz Szprot” qrupu ilə çıxış etməyə başlayıb. Eyni ildə İstanbulda 92.3 Radiosunda “Blues Makinası” proqramını edib. 2005-ci ildə Hərbiyə Açıq Hava Teatrında caz ustası Sarp Madenle birlikdə səhnə çıxıb.

Universitet illərində musiqini çox yüksək səviyyədə bilən Bora ilk albomunu 2013-ci ildə “Borabook” adı ilə çıxarıb.

Onu da deyək ki, Bora Türkiyədə ən önəmli caz ustadlarından biridir. Bora Çeliker Türkiyə cazının inkişafında çox böyük rol oynayıb. (gun.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600