Reklam: High Technic
hightechnic

Türkiyəyə məxsus gəmi raket hücumuna məruz qalıb - Yəməndə

Yəməndə Türkiyəyə məxsus yük gəmisinə silahlı hücum olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə mayın 10-da baş verib. Belə ki, həmin gün saat 23:15-də buğda ilə yüklü “İnce İnebolu” adlı türk gəmisi Yəmən sahillərində raket hücumuna məruz qalıb.

Hadisə zamanı gəmidə 23 Türkiyə vətəndaşı olub. Lakin silahlı hücum nəticəsində ölən və yaralanan olmayıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

www.yenicag.az

4033