Türkiyəyə qarşı 3 ölkə

media-hightechnic-468x90

qahireÜç ölkə Türkiyəyə qarşı birləşmə yolunda daha bir addım atdı.

Misirdə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Abdulfəttah əs-Sisi Qahirədə Kipr və Yunanıstan rəhbərlərini qəbul edib.

Yunanıstan Baş naziri Andonis Samaras və Cənubi Kipr rəhbəri Nikos Anastasiadis ilə bir araya gələn Sisi Aralıq dənizində neft axtarışı istiqamətində hərəkətə keçib. Belə ki, Qahirədəki “İttidadiyə” sarayında liderlər “Qahirə bəyannaməsi” çərçivəsində dəniz sərhədlərinin müəyyən edilməsi istiqamətində danışıqlara yenidən başlamaq qərarı alıblar.

Keçirilən görüşdə Türkiyə Kiprin cənubundakı bölgələrdə apardığı seysmik tədqiqatları dayandırmağa və gələcəkdə eyni hərəkətlər etməkdən çəkinməyə dəvət edilib.

Sisi də öz növbəsində Türkiyə əleyhinə çıxışında Türkiyənin Kipr sahilində fəaliyyətini pisləyib. Türkiyəyə qarşı çirkli ittifaqın keçirildiyi görüşdə Yunanıstan və Misirin Aralıq dənizdə neft axtarışlarına birgə başlamaq istəyi diqqət çəkib.

(topnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600