Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Türkiyəyə qarşı gizli oyunlarla üz-üzəyik" - Millət vəkilləri narahatdır

TBMM Milli Müdafiə Komitəsinin üzvləri regionda baş verən hadisələri Yenicag.az-a şərh ediblər.

Mehmet Dəmir (Ədalət və İnkişaf Partiyası, Kırıkkale millət vəkili):

“Müttəfiqlərimizdən məsuliyyətlərini yerinə yetirmələrini və terrorizmə qarşı bizimlə birlikdə mübarizə aparmasını gözləmək Türkiyənin ən təbii hüququdur.”

“Fərat Qalxanı hərəkatı İŞİD terror təşkilatına qarşı Türkiyənin həyata keçirtdiyi effektiv hərbi əməliyyatın sübutudur. Türkiyə dəfələrlə Rakka əməliyyatında aktiv rol oynamaq istədiyini bildirsə də, ABŞ-ın bu tələbi cavabsız qoyaraq PYD/YPG terror təşkilatına silah göndərməsi çox böyük təəccüb doğurur. Cənab prezidentimiz Rəcəb Tayyip Ərdoğan da bu vəziyyəti qəti şəkildə “Türkiyəni parçalamaq cəhdləri” kimi dəyərləndirir. Müttəfiqlərimizin bütün yanlış addımlarına baxmayaraq, Türkiyə regiondakı terror təşkilatlarının hamısına qarşı eyni qətiliklə mübarizəsini davam etdirəcəkdir. Əgər məsələ ölkəmizin gələcəyidirsə, cənab prezidentimizin və baş komandanımızın rəhbərliyi ilə atılacaq hər bir addıma 80 milyonluq millətimiz tərəddüdsüz dəstək verəcəkdir. Türkiyəyə qarşı yanlış məqsəd güdənlərin bunu unutmayacağını ümid edirəm.”

Birol Ertem (Cümhuriyyət Xalq Partiyası, Hatay millət vəkili):

“Orta Şərqə açılan qapımızın bağlanmasına icazə vermərik”

“Daha əvvəl edilən səhvlərə baxmayaraq, Türkiyənin regiondakı bütün terror təşkilatlarına qarşı apardığı mübarizə ölkəmizin Orta Şərqlə quru təmasının qorunub-qorunmayacağı ilə birbaşa əlaqəlidir. Millət vəkili olduğum Hatay bölgəsi DAEŞ (İŞİD) terrorundan çox əziyyət çəkir. Eyni zamanda Suriyalı miqrant probleminin həlli də terrorun sona çatması ilə bağlıdır. Prezident Ərdoğanın “Terror təşkilatlarına ağır silahları Türkiyəni bölmək məqsədilə verirlər” sözü də vəziyyətin olduqca problemli olduğunu bir daha sübut edir. Buna görə də düşünürəm ki, proseslərin təcili surətdə Milli Məclisdə xüsusi çağırışla müzakirə edilməsi vacibdir. Qərb ölkələri üzv olduğumuz beynəlxalq qurumlardakı müttəfiqlik məsuliyyətlərini yerinə yetirmirlərsə, Türkiyə iqtidarı ilə, müxalifəti ilə bu mübarizəyə köklənəcəkdir.”

Kamil Aydın (Milliyyətçi Hərəkat Partiyası Ərzurum millət vəkili) “Milli birliyimiz təhlükədədirsə, nə lazımdırsa hər şey ediləcəkdir, buna heç kim şübhə etməsin.”

“Türkiyəmizə qarşı oynanılan yeni gizli oyunlar paketi ilə üz-üzəyik. Regiondakı terror təşkilatlarının birinə qarşı mübarizə aparmaq üçün digəri ilə əməkdaşlıq etməyin məntiqini başa düşmək mümkün deyil. Cənub sərhədlərimizdəki PYD/YPG terror təşkilatına qarşı ABŞ prezidenti Trampın qərarı ilə ağır silahlar verilməsi müttəfiqliyə əsla və qətiyyən yaraşmayan bir vəziyyətdir. Regionu bütün terror təşkilatlarından təmizləmək istənilirsə, ən doğru yol Türkiyə ilə aktiv əməkdaşlıqdır. Prosesləri fürsətə çevirən Şimali İraqdakı Peşmərgə höküməti Kərkük üzərində siyasi oyunlar oynamağa çalışır. Bunu unutmasınlar ki, Türkiyənin regiondakı bütün terror qruplarını darmadağın etməyə təkbaşına da gücü çatar. Eyni zamanda fürsət güdərək Kərkük üzərində çirkin oyunlar oynamağa çalışanların həvəsini ürəyində qoymağa da həmişə özündə güc tapacaqdır. Bu güc millətimizin mayasındadır. Qərb ölkələri terrorizmə qarşı səmimi şəkildə mübarizə aparmaq istəyirsə, terror təşkilatlarına dəstək verməkdən imtina edərək, Türkiyə ilə əməkdaşlığı ön plana çəkməlidir”.

Yenicag.Az

www.yenicag.az

537
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100