Türkiyəyə xəbərdarlıq edildi

media-hightechnic-468x90

1018704021İran İraqda və Suriyada koalisiyanın əməliyyatlarında Türkiyənin iştirakının nəticələri haqqında bu ölkəyə xəbərdarlıq edib.

Bu barədə  Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Türkiyə parlamenti Silahlı Qüvvələrə xaricdə hərbi əməliyyatlar aparmağa, həmçinin ölkə ərazisində xarici hərbi kontingentin yerləşdirilməsinə icazə verdikdən sonra İran xarici işlər naziri Məhəmməd Cavad Zərif türkiyəli həmkarına zəng edib.

Zərif bildirib ki, Türkiyənin bu addımı regionda vəziyyətin gərginləşməsinə səbəb ola bilər: “Hazırda regionun bütün ölkələri ehtiyatlı olmalı və qəbul etdiyi qərarlara görə məsuliyyət daşımalıdır”.

İran XİN rəhbəri həmçinin bəyan edib ki, onun ölkəsi beynəlxalq koalisiyanın terrorizmlə mübarizədə seçdiyi metodu dəstəkləmir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa