Suriya müxalifləri Türkmən bölgəsində üç gün əvvəl itirdikləri bütün nöqtələri təkrar ələ keçirdilər. Yenicag.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Bayırbucaq türkmənləri Kelez kəndi çərçivəsində iki strateji nöqtəni ələ keçirərək, yenindən bölgəyə nəzarət edirlər.
Yerli qaynaqlar Əsəd rejiminin quru hərəkatına qarşı əks hücumla cavab verən müxaliflər İsapınar və Qaramanlı kəndlərini və strateji əhəmiyyətli Qaramanlı təpəsini də geri aldıqlarını bildirirlər.
Hazıra döyüşlərin dayandığını, lakin Əsəd ordusunun günün müəyyən saatlarında raket və toplarla vurduğu qeyd olunur.
O da bildirilir ki, bu gün Rusiyanın müdafiə naziri Sergey Şoygu Şamda Bəşər Əsədlə görüşüb. Suriya televiziyası görüşün hərbi işbirliyi ilə bağlı olduğunu açıqlayıb. Qaynaqlar müxaliflərin hücuma keçməsindən sonra rusların atəşkəs elan etdiyini, indi isə məhz bu səbəbdən görüşün baş tutduğunu bildirirlər.
Yenicag.az
www.yenicag.az