“Bütün kontaktlarına göndərilib...” – “Manato” borclunun hicabsız şəkli ilə ŞANTAJ EDİR? (İDDİA)

media-hightechnic-468x90

“Manato” bank olmayan kredit təşkilatı vətəndaşın hicabsız şəklini telefon kontaktında olan şəxslərə göndərib.

media-banner_tuq

Yenicag.az Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı xanımın rəfiqəsi sosial şəbəkədə şikayət yazıb.

Məlumata görə, hicablı qadın maddi çətinlik səbəbindən 400 manat məbləğində kredit götürüb. Bildirilir ki, o, şirkətlə əldə olunan razılaşmaya uyğun olaraq borcunu beş ay ərzində hissə-hissə ödəyib.

Lakin iddiaya görə, bir neçə gün əvvəl qadının şəxsiyyət vəsiqəsində yer alan hicabsız fotosu onun telefon kitabçasındakı bəzi şəxslərə göndərilib. Həmin şəxslərə “bu şəxs borcunu ödəmir”, “axtarışdadır” və “sizi zamin göstərib” məzmununda mesajlar yazılıb.

Sözügedən hadisə sosial şəbəkədə müzakirələrə səbəb olub. Vətəndaşlar hicablı qadının hicabsız fotosunun üçüncü şəxslərlə paylaşılmasının düzgün olmadığını qeyd ediblər.

Qeyd edək ki, bu məlumatlar iddia xarakteri daşıyır. Məsələ ilə bağlı “Manato”ya sorğu ünvanlanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05