Tuskun arvadının maşını oğurlandı

media-hightechnic-468x90

Polşanın Sopot şəhərində bir qrup naməlum şəxs ölkənin Baş naziri Donald Tuskun həyat yoldaşı Malqojataya məxsus “Lexus” avtomobilini oğurlayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Polşanın TVN24 telekanalı yerli polisə istinadən məlumat yayıb.

“Bizə müraciət daxil olub və Qdansk vilayətinin polis idarəsinin əməkdaşları bu hadisə üzərində işləyirlər”, – məlumatda bildirilir.

Tuskun ailəsinin evi xüsusi mühafizə olunan yüksək vəzifəli məmurların və onların ailələrinin yaşadığı Sopotda yerləşir. Hadisənin başqa təfərrüatları barədə məlumat verilmir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05