Tüxel “Borussiya”dan qovuldu

Almaniyanın “Borussiya” klubu baş məşqçisiz qalıb.

Yenicag.az xəbər verir ki, Dortmund təmsilçisi Tomas Tüxellə yollarını ayırıb.
Bundesliqa klubu 43 yaşlı çalışdırıcını vaxtından əvvəl komandadan uzaqlaşdırdığı üçün ona 3 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Tüxelin müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaqdı.

Yenicag.az

COP29