Twitter ABŞ-ı məhkəməyə verir

media-hightechnic-468x90

abs-bayragi-1Twitter sosial şəbəkəsi Amerika Birləşmiş Ştatlarını məhkəməyə verir.

Bunun səbəbi ABŞ hökumətinin internetdə izləmə qaydalarındakı yenilikdir. Belə ki, yeni qanun ABŞ hökumətinə səlahiyyət verir ki, milli təhlüksəziliyi əsas gətirməklə istifadəçilərin şəxsi məlumatlarını Twitter rəhbərliyindən tələb edə bilər.

Sosial şəbəkənin açıqlamasına görə isə bu qanun ABŞ Konstitusiyasının birinci maddəsində göstərilən ifadə azadlığı bəndinə uyğun gəlmir.

Qeyd edolunur ki, ABŞ hökuməti istifadəçilərin şəxsi məlumatlarını tələb etsə də sosial şəbəkənin öz istifadəçilərini bu tələblə bağlı məlumatlandırmağına icazə vermir.

Qeyd edək ki, sosial şəbəkə rəhbərliyi aprel ayında “Şəffaflıq hesabatı” hazırlayaraq ABŞ hökumətinə təqdim edib və bu hesabatın ictimaiyyətə açıqlamanmasını da istəyib. ABŞ hökumətinin hələ də açıqlamadığı hesabatda hökumət üzvlərinin Twitter istifadəçilərinin şəxsi məlumatlarını neçə dəfə və hansı məqsədlə tələb etdikləri yer alıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600