Twitter’də “14sual” adlı layihəyə start verilir

media-hightechnic-468x90

14sual-posterOktyabr ayından etibarən Twitter’də “14sual” adlı layihəyə start verilir. Əyləncəli və informasiya xarakteri daşıyacaq layinənin qonaqları azərbaycanlı Twitter istifadəçiləri olacaq. Layihənin formatı fərqli və maraqlı edilməyə çalışılıb. Belə ki, 3 hissədən ibarət bloq yazısı şəklində orkhanrza.com-da yayımlanacaq layihə hər dəfə bir istifadəçiyə həsr ediləcək:
– Yazının birinci hissəsində istifadəçinin özü və Twitter statistikası haqqında məlumatlar yerləşdiriləcək.
– İkinci hissədə Twitter istifadəçilərinin həmin şəxsə ünvanladıqları suallar və onlara verdiyi cavablar yerləşdirləcək. Əgər suallar həddən artıq çox olarsa, sualların içərisindən ən maraqlıları seçilib dərc ediləcək (Layihənin növbəti qonağı elan edildikdən sonra istifadəçilər #14sual hashtag’ı ilə həmin şəxsə suallarını ünvanlaya bilərlər).
– Yazının 3-cü hissəsində layihə müəllifinin istifadəçi üçün hazırladığı 14 sual və istifadəçinin verdiyi cavablar dərc olunacaq.
Başsa sözlə desək, Twitter istifadəçiləri bu layihənin həm oxucusu, həm də iştirakçısı olacaq :)
Layihə I və IV günlər olmaqla həftədə 2 dəfə yayımlanacaq. Hər ayın sonu ay ərzində layihənin qonağı olmuş istifadəçilər və təşkilatçılar çay süfrəsi arxasında görüşəcək, real tanışlıq imkanı əldə edəcək.
14 sual layihəsinin məqsədi Twitter’in azərbaycanlı istifadəçiləri arasında ünsiyyəti, əlaqəni daha da genişləndirmək, istifadəçilərin bir-birini daha yaxından tanımasını təmin etmək, ümumilikdə isə ölkədə Twitter’ə olan marağı artırmaqdır.
Qeyd edək ki, Orkhanrza.com-da yayımlanacaq layihəyə Aztwi.com‘un sahibi Hajizade Group və ÖzSüt Kafesi dəstək verir. Layihəyə yaxın günlərdə daha bir neçə dəstəkçinin qoşulması planlaşdırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600