Üç idmançımız Paris-2024-də mübarizəyə başlayır

media-hightechnic-468x90

Azərbaycanın üç idmançısı bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Yenicag.az xəbər verir ki, ilk olaraq cüdoçular tatami üzərinə çıxacaqlar.

Kişilərin yarışında Yaşar Nəcəfov (66 kiloqram) serbiyalı Straxinya Bunçiçlə qarşılaşacaq.

Qadınların mübarizəsində isə Gültac Məmmədəliyeva (52 kiloqram) qüvvəsini sınayacaq. Azərbaycan millisinin qadın bayraqdarı ABŞ təmsilçisi Anjelika Delqadonu sınağa çəkəcək. Cüdo yarışları Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Günə boksçumuz Alfonso Dominqes (92 kiloqram) yekun vuracaq. Tokio Olimpiadasının bürünc mükafatçısı 1/8 finalda kubalı Xulio Sesar la Krusla üz-üzə gələcək. Döyüş Bakı vaxtı ilə saat 18:18-də start götürəcək.

Qeyd edək ki, Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600