Ucar taxılçıları narahatdır

media-hightechnic-468x90

taxilSon günlər havaların yağmurlu keçməsi payızlıq taxıl səpini kampaniyasında fasilələr yaradır ki, bu da Ucarda taxılçıların qayğılarını bir qədər artırıb.

Rayon icra hakimiyyətinin aqrar şöbəsindən verilən məlumata görə, indiyədək 7200 hektardan çox sahədə səpin aparılıb. Bu da cari ilin proqnoz göstəricisinin üçdə ikisi qədərdir. Əlverişli keçən hər gündən səmərəli istifadə etməyə çalışan taxılçılar sahələrə 50-dən çox texnika çıxarırlar. Əkində istifadə olunan yüksək reproduksiyalı toxumların yarıdan çoxu yerli istehsaldır.

Bir sıra yerlərdə, o cümlədən daha çox taxıl əkilən Qaziyan, Alpout, Lək, Şahlıq ərazi vahidlərində səpin başa çatmaq üzrədir.

(topnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600