“Ucuzlaşmadan söhbət gedə bilməz” – bədbin proqnoz

media-hightechnic-468x90

Bahalığa səbəb və ya səbəblər nədir? Ölkəmizdə ərzağın qiymətini endirmək olarmı?

Buna iqtisadi əsas varmı?

İqtisadçı ekspert Pərviz Heydərov bildirir ki, ərzağın qiymətini bazar müəyyən edir. Qiymətlər tələb və təklifin nisbəti altında təşəkkül tapır.
“Bununla belə, ərzağın qiymətinin əlverişli olması bir neçə amildən asılıdır. İlkin şərt yerli istehsalın olmasıdır.. Təəssüf ki, ölkəmizin ərzaq bazarı daha çox idxaldan asılıdır. Odur ki, qiymətlər bizdə həm də xarici təsirlər altında formalaşır. Ona görə də Azərbaycanın ərzaq bazarında demək olar ki, həmişə bahalaşmaya meyl vardır. Buna misal, dünyada ərzaq məhsulları ucuzlaşdıqda bizdə özünü göstərməməsi ola bilər. Bütün bunlara bahəm də, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsini inkişaf etdirməyə zərurət var. Buna nail olmayınca, daxili bazarda ərzağın ucuzlaşmasından hələki söhbət gedə bilməz. Əsas odur ki, bahalaşma meyillərinin qarşısı alınsın və bu sahədə nəzarət daima diqqət mərkəzində saxlansın”.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600