UEFA Azərbaycan klublarına ödənişləri artırdı

media-hightechnic-468x90

UEFA “Həmrəylik ödəmələri”ni artırıb.

Yenicag.az xəbər verir ki, bu barədə qərarı qurumun İcraiyyə Komitəsi verib.

2024-27-ci illərdə avrokuboklardan gələn gəlirlərin ümumi məbləğinin 7 faizi qitə miqyaslı turnirlərdə iştirak etməyənlər arasında bölüşdürüləcək. Əvvəlki illərdə bu rəqəm 4 faizə bərabər idi.

Mütəxəssislər 4,4 milyard avroluq gəlir proqnozlaşdırır. Bu isə klublara ümumilikdə ildə 308 milyon avro ödəniləcəyi deməkdir. Əvvəl bu rəqəm 176 milyona bərabər idi.

Bundan başqa, gəlirlərin üç faizi təsnifat mərhələlərində uduzan klublar üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, əsas mərhələlərdə oynamayanlar ümumi gəlirlərdən 10 faiz, təxminən ümumilikdə 440 milyon qazanacaq.

Azərbaycanın 9 klubu UEFA-dan “Həmrəylik ödəmələri” alacaq. Yeganə istisna Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanan “Qarabağ”dır. Altı klub 7 faizlik paydan, “Zirə”, “Sumqayıt” və “Sabah” isə 3 faizlik hissədən əldə edəcək./İdman.biz/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600