Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

UEFA “Beşiktaş” və “Trabzonspor”la bağlı qərarını açıqlayıb

Reklam: Sinerji Pro

UEFA “Beşiktaş” və “Trabzonspor”u şoka salacaq qərar verib.

Yeniçağ.Az-ın “Apasport.az”a istinadən verdiyi məlumatına görə, qitənin ali futbol qurumundan bildirilib ki, hər iki komanda 2016/17 mövsümü üçün maliyyə “Feyr-Pley” qaydalarına qismən əməl ediblər.

Buna görə də onlara qarşı tətbiq edilən bəzi qərarlar qüvvədə qalacaq. Belə ki, hər iki komanda növbəti mövsüm üçün Avrokuboklarda iştirak ərizəsinə məhdud sayda oyunçu əlavə edə biləcək. Üstəlik, iki komandanın da transferlərdəki məhdudiyyəti davam edəcək. Bu komandaların UEFA ilə olan razılaşması 2018/19 mövsümünün sonuna qədər davam edəcək.

Digər tərəfdən, “Fənərbaxça”nın 2016/17 mövsümü üçün müəyyən olunmuş hədəflərə çatdığı, ancaq 2019/20 mövsümünə kimi müşahidə altında olacağı bildirilib.

Yeniçağ.Az

www.yenicag.az

311