UEFA-dan Çernoqoriyaya qarşı şok addım

87870UEFA İntizam Komitəsi AVRO-2016-nın təsnifat mərhələsində təxirə salınmış Çernoqoriya – Rusiya matçı haqqında qərarını verıb.

Yenicag.az xəbər verir ki, bu haqda Reuters xəbər yayıb.

UEFA-nın qərarı ilə bu oyunda Çernoqoriyaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Həmçinin Çernoqoriya növbəti 2 ev oyununu azakeşsiz keçirməli olacaq.

UEFA rus azarkeşlərinin davranışına görə də cəza verib.

Ruslar 25 min avro cərimə olunub. Rusiya Futbol Federasiyasına qarşı azarkeşlərin pirotrxnikadan istifadə etməsi ilə əlaqədar iş açılıb.