Reklam

Reklam

4e3a00c0a1ea308e3dd29eb3d2f52e83Dünya futbolunda yaranmış korrupsiya qalmaqalı ilə əlaqədar UEFA prezidenti Mişel Platini vəzifəsindən 3 ay müddətinə kənarlaşdırılıb.

Bu barədə FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası qərar qəbul edib.

Hələ dünən korrupsiyada günahlandırılan, FİFA İcraiyyə Komitəsinin üzvü olan Platininin 90 günlük müddətinə vəzifəsindən kənarlaşdırılacağı haqda məlumat yayılmışdı. Xəbər özünü doğruldub və bu gün Platiniyə kəsilən cəza rəsmi şəkildə açıqlanıb.

FİFA-nın prezidenti postuna namizəd cənubi koreyalı Çon Mondjun isə 6 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb. Bundan əlavə, ona 100 min İsveçrə frankı məbləğində cərimə kəsilib.

Qeyd edək ki, FİFA prezidenti Jozef Blatter də 90 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində korrupsiya ittihamı ilə cinayət işi başlanılıb(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 119
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.