Uğurcan Çakır “Fenerbahçe” ilə RAZILAŞDI
“Trabzonspor”un əsas qapıçısı və Türkiyə millisinin üzvü Uğurcan Çakırın “Fenerbahçe” klubu ilə razılığa gəldiyi bildirilib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “343 Digital” platforması yayıb. İddialara görə, 29 yaşlı qolkiper sarı-lacivərdlilərlə danışıqlarda razılıq əldə edib və bu qərarını artıq “Trabzonspor” rəhbərliyinə rəsmi şəkildə çatdırıb.
“Trabzonspor” İdarə Heyətinin müşaviri də məsələni təsdiqləyərək, Uğurcanın həm “Fenerbahçe”, həm də “Galatasaray”ın transfer gündəmində olduğunu, lakin daha ciddi təklifin “Fenerbahçe”dən gəldiyini bildirib.
Qeyd edək ki, təcrübəli qapıçının transfer dəyəri hazırda 9,5 milyon avro təşkil edir. Uğurcan Çakırın “Trabzonspor”la olan müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transferlə bağlı yaxın günlərdə rəsmi açıqlamanın verilməsi gözlənilir.
Göycə Göycəyev