Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Uğurun memarı - Zlatko Daliç

Reklam: High Technic

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı öz rəngarəngliyi ilə seçilir. Azarkeşlər biri-birindən maraqlı oyunlar izləyir. Sözsüz gəminin okeanda batmaması kapitanın işindən asılıdır. Bəzən kapitanın düzgün qərar verməməsi fəlakətin başlanğıcı olur.

Futbol oyununda komandanın meydandakı kapitanı futbolçu olursa, əsas kapitan oyuna öz göstərişləri ilə düzən verən məşqçidir. Məşqçilərin ani və yerində verdikləri qərar qələbənin təməlini qoyur. Bəzən azarkeşlərin zəif qəbul etdikləri komandalar, məhz məşqçilərin sayəsində gözəl və taktiki futbol sərgiləyə bilir. Belə məşqçilər bu ilki dünya çempionatında da var.

Öz taktiki göstərişləri ilə hamının rəğbətini qazanan mütəxəssislərdən biri də Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçdir.

“D” qrupunda Argentina, İslandiya və Nigeriya ilə birgə mübarizə aparan Xorvatiyanın şansı o qədər də yüksək qiymətləndirilmirdi. Lakin ilk oyunda Nigeriya üzərində qazanılan qələbədən sonra ümidlər bir qədər artmışdı. Argentina ilə çətin görüşdə xorvatlar heç-heçəyə ümid edirdilər. Zlatko Daliçin açıqlamasında “biz hər zaman meydana qələbə üçün çıxırıq” deməsini çoxları qorxu xovunu üzərindən atmaq kimi qiymətləndirirdi. Ancaq Daliç 90 dəqiqənin tamamında bu sözləri əbəs yerə demədiyini bir daha sübut etdi. Güclü Argentina komandası darmadağın edildi. Xorvatiya 3-cü turdakı oyunun nəticəsindən asılı olmayaraq, 1/8 finala yüksəldi. Sözsüz qələbənin memarı baş məşqçi Zlatko Daliç idi.

Zlatko Daliç bu posta cəmi 8 ay öncə təyin edilmişdi. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində öz meydanında Finlandiya ilə görüşdə xal itirən Xorvatiya millisinin sükanı arxasına onun gətirilməsi çoxları üçün gözlənilməz qərar idi. Finlandiya ilə evdəki heç-heçə (1:1) federasiyanın səbr kasasını daşırdı. Baş məşqçi Ante Çaçiç istefaya göndərildi.
DÇ-nin seçmə mərhələsində Ukrayna yığması ilə həlledici oyundan əvvəl “sükan arxasına” Zlatko Daliçin gətirilməsi birmənalı qarşılanmadı. Çünki Daliç BƏƏ-nin “Əl-Əyn” klubu baş məşqçisi idi və elə də böyük uğura sahib deyildi. O, peşəkar futbolçu karyerasını da Avropanın ortabab klublarında keçirmişdi. Xorvatiyanın “Hajduk” və “Dinamo Vinkovtsy” klubları, həmçinin Bosniyanın “Velez” klubunda oynayan Daliç 2000-ci ildə peşəkar futbolçu karyerasına son vermişdi.

Karyerası başa çatdıqdan sonra Zlatko Daliç “Varteks” klubunun baş məşqçisi Miroslav Blazeviçin köməkçisi oldu. 2005-ci ildən isə o klubun baş məşqçisi təyin edildi. 2010-cu ildən Səudiyyə Ərəbistanında çalışmağa başlayan Daliç özünü burada möhkəmləndirə bildi. 2013-ci il Daliç Səudiyyənin “Əl-Hilal” klubu ilə müqavilə imzaladı. O, Xorvatiya Futbol Federasiyası ilə razılığa gələrkən onu komandaya müvəqqəti baş məşqçi təyin etdilər. Çünki Federasiya onun qarşısında şərt qoymuşdu ki, Xorvatiya komandası Rusiya-2018-ə vəsiqə qazansa, onunla müqavilə bağlanacaq. Daliç elə ilk açıqlamasında Xorvatiya millisini Rusiyaya aparacağını bildirdi. DÇ-2018-in seçmə mərhələsinin pley-off oyununda evdə Yunanıstana 4:1 hesabı ilə qalib gələn Daliçin rəhbərlik etdiyi Xorvatiya səfərdə rəqibi ilə “sülh” bağladı – 0:0. Bu nəticə ilə Xorvatiya mundiala yollanmağı bacardı. Bu Zlatko Daliçin qoyduğu uğurun təməli idi. Bu uğurdan sonra Xorvatiya Futbol Federasiyası onunla rəsmən müqavilə imzaladı. Uğurun memarı Zlatko Daliç daha bir vədinə əməl etdi və komandasını 1/8 finala yüksətməyi bacardı…

Qoşqar Salmanlı

Loading...

www.yenicag.az

1378
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100