Ukrayna “İsgəndər” anbarını vurdu

media-hightechnic-468x90

Aprelin 17-də gecə Rusiya Silahlı Qüvvələrinin 112-ci Qvardiya Raket Briqadasının İvanovo vilayətinin Şuya qəsəbəsindəki məntəqəsinə yenidən PUA hücumu edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, zərbələr zamanı “İsgəndər” raketlərinin saxlanıldığı anqar vurulub.

Rusiya Teleqram kanalları da İvanovo vilayətinin bir sıra şəhərlərində PUA hücumu təhlükəsi elan edilib.

Qeyd edək ki, Ukrayna kəşfiyyatı aprelin 13-də 34 nəfərin öldüyü, 117 nəfərin yaralandığı Sum şəhərinə raket hücumunu 112-ci Qvardiya Raket Briqadasının həyata keçirdiyini bildirmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600