Ukraynanın Baş Kəşfiyyat İdarəsi müvəqqəti işğal olunmuş Krım ərazisində Uzkaya körfəzində Rusiyaya məxsus sürətli katerin məhv edilməsi barədə məlumat yayıb.
Yenicag.az xəbər verir ki, əməliyyatı “Qrup 13” bölməsi həyata keçirib.
Zərbənin “Magura V5” dəniz pilotsuz uçan aparatı vasitəsilə həyata keçirildiyi qeyd edilir.
Hərbi kəşfiyyat qeyd edib ki, “Magura V5” dəniz hücumu dronlarının köməyi ilə Rusiyanın “Sezar Kunikov”, “İvanovets”, “Sergey Kotov”, “Akula” və “Serna” gəmiləri artıq məhv edilib, “İvan Xurs” gəmisi isə zədələnib.
www.yenicag.az