Ukrayna kəşfiyyatı Rusiyanın planlarını alt-üst etdi

media-hightechnic-468x90

downloadUkrayna Təhlükəsizlik Xidməti (SBU) ABŞ hökumətinə Rusiya ordusunun Donbass münaqişəsində iştirakına dair 30 səhifəlik sübut təqdim edib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, sənədə əsasən separatçı “Luqansk Xalq Respublikası”ndakı silahlı dəstələrə Rusiya ordusunun general-mayorları Oleq Tsekov, Sergey Kuzovlev və Roman Şadrin, “Donetsk Xalq Respublikası”ndakı qüvvələrə isə general-mayorlar Valeri Solodçuk və Aleksey Zavizion komandanlıq edirlər.

Hesabatda bildirilir ki, Ukraynanın şərqindəki hərbi əməliyyatlarda Rusiya ordusunun azı 9 min nəfərdən ibarət 15 taktiki-batalyon qrupu iştirak edir.

Vaşinqtondakı mənbələr Ukrayna tərəfindən 30 səhifəlik hesabat aldıqlarını təsdiqləyərək orada əks olunmuş faktların ABŞ kəşfiyyatının məlumatları ilə üst-üstə düşdüyünü söyləyiblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa